“Yeni sanksiyalar Rusiya-ABŞ münasibətlərinə ciddi zərbədir”.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon söhbəti zamanı səsləndirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obama tərəfindən imzalanmış "Ukraynanın azadlığına dəstək barədə" qanun Moskva ilə Vaşinqton arasında normal münasibətlərin uzun müddətə pozulmasına səbəb ola bilər.
Həmin qanunda Rusiyaya qarşı ABŞ tərəfindən yeni sanksiyaların tətbiqinəzərdə tutulub.
Bununla belə Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların dərhal tətbiqini planlaşdırmayıb.
Samir