19 Dekabr 2014 16:02
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumətə ultimatum verildi

Ermənistanda milli valyutanın dəyərinin düşməsinə etiraz əlaməti olaraq, onlarla şəxs bu gün Yerevandakı hökumət binasının qarşısına toplaşıb.

Teleqraf.com news.am-a istinadən xəbər verir ki, etirazçılar ölkədə vəziyyətin normallaşması üçün hökumətə dekabrın 23-dək vaxt veriblər: “Əgər tələblərimiz yerinə yetirilməsə, dekabrın 23-dək bazarlıq etməyəcəyik. Oliqarxların supermarketlərini boykot edəcəyik”.

Aksiyanın təşəbbüskarlarının yaydığı bəyanatda deyilir ki, əgər irəli sürülən tələblər yerinə yetirilməsə, sosial partlayış olacaq, onun nəticələri isə hakimiyyət üçün xoşagəlməz hallar ortaya çıxaracaq.

Samir


Müəllif:

Oxşar xəbərlər