Boliviyada avtobusun yoldan çıxaraq aşması nəticəsində azı 11 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, Santa Kruz de la Sierra şəhərindən Saypin şəhərinə gedən avtobus sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
28 sərnişinə tibbi yardım göstərilib, onlardan 13-ü Santa Kruz departamentinin paytaxtında xəstəxanalara yerləşdirilib.