Ukrayna hərbçiləri gün ərzində Luqansk və Donetsk vilayətlərinin 15 yaşayış məntəqəsi ərazilərində Rusiya qüvvələrinin hücumlarını dəf ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya Liman və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir, Kupyan və Avdiv istiqamətlərində taktiki mövqeyini gücləndirməyə çalışır.
Rusiya qoşunlarının Baxmut istiqamətindəki növbəti hücum cəhdlərinin qarşısı alınıb.