Suriya döyüş təyyarələrinin Serakibə təşkil etdiyi hava hücumu zamanı mərmilərdən biri Hafsa məktəbinə aid nəqliyyat vasitəsini hədəfə çevirib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, hadisə zamanı ibtidai məktəb şagirdi olan 4 uşaq həyatını itirib, bəziləri isə ağır yaralanıb.
Suriya təyyarələrinin bir çox bölgələrə hücum etdiyi, Maaret ən-Numan və Binişlər şəhərində də bu hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Nihad