23 Yanvar 2023 14:30
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Almaniya istehsalı olan “Leopard” tanklarının Kiyevə çatdırılması üçün işlərə başlanıb.

Teleqraf.com xəbər verir ki, Polşa mediasının xəbərinə görə, Ukrayna əsgərlərinin Leopard tanklarında təlimi Polşada aparılacaq.

Sözügedən hərbi təlimlərin Polşanın Poznan şəhərində quru qoşunlarında həyata keçirilə biləcəyi bildirilir.

Almaniya istehsalı olan “Leopard” tankları Danimarka, Finlandiya, Yunanıstan, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İsveç, İspaniya, Çexiya, Türkiyə və Macarıstan kimi Aİ və NATO ölkələrində mövcuddur.

Dünyada müxtəlif orduların xidmətində təxminən 2670 “Leopard 2” tankı var. Təxminən 64 ton ağırlığında olan “Leopard” saatda 70 kilometr sürətə çata bilir və 120 millimetrlik hamar lüləli silahla 5 min metrə qədər hədəfləri vura bilir.

Polşa və Finlandiya kimi Avropa müttəfiqləri bu tankları Ukraynaya göndərməyə hazır olduqlarını və Berlinin təsdiqini gözlədiklərini bildirsələr də, “Leopard” tankları Almaniyada istehsal olunduğu üçün Ukrayna kimi digər ölkələrdə də istifadə üçün Almaniyanın icazəsi lazımdır.


Müəllif: Nemət