2 Fevral 2023 10:30
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük müzakirələri davam edərkən, irqçi siyasətçi Rasmus Paludanın Quran təxribatı Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə üzvlük qapılarını sona qədər bağlaması ilə nəticələndi.

Teleqraf.com xəbər verir ki, İsveç xarici işlər naziri Tobias Billström Ərdoğanın açıqlamalarına münasibət bildirib.

Billström Türkiyə, İsveç və Finlandiya arasında ötən ilin iyununda imzalanmış müqaviləyə toxunaraq, ölkəsinin NATO-ya üzvlük üçün bu anlaşmanın tələblərini yerinə yetirdiyini, amma din məsələsinin bu sənəddə yer almadığını deyib.

Nazir razılaşmada ifadə azadlığı ilə bağlı heç bir güzəştin olmadığını, din məsələsinin Türkiyə ilə imzalanan müqavilənin bir hissəsini təşkil etmədiyini bildirib.

Billström Türkiyənin baş verənlərə qəzəbini anladığını deyərək, Quranın yandırılmasını qanuni olsa da, hörmətsizlik kimi qiymətləndirib. Nazir qeyd edib ki, indi bütün tərəflər sakitləşməlidir və Türkiyə ilə danışıqlar davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər