2 Fevral 2023 22:43
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Ukraynaya 500 milyon avro yardım ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tvitter səhifəsində yazıb.

"Bu gün Aİ Şurası Avropa Sülh Fondu (APF) vasitəsilə 500 milyon avroluq yeddinci paketi və Aİ-nin hərbi yardım missiyasına əlavə 45 milyon avro ayırıb. Mən təhlükəsizlik sahəsində həyati əhəmiyyətli yardıma görə Avropa İttifaqına minnətdaram. Bu, bizi işğalçı Rusiyanın məğlubiyyətinə daha da yaxınlaşdırır”, - paylaşımda deyilir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər