“ABŞ Rusiya və Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Eks-prezident həmçinin Ukraynaya silah təhvil verilməsinə daha rasional yanaşmanın vacibliyini vurğulayıb, qeyd edib ki, ABŞ yox, Avropa tədarük həcmini artırmalıdır.
“Düşünürəm ki, ABŞ bu iki ölkə arasında sülh danışıqları aparmalıdır və məncə, Vaşinqton çox (hərbi yardım) verməməlidir. Sülh danışıqları aparılmalıdır”, - Tramp bildirib.
Avropa ölkələrinin Ukraynaya dəstəyini şərh edən sabiq prezident deyib ki, avropalılar daha çox iş görməlidirlər. Trampın fikrincə, Avropa ABŞ-ın gördüyü işlərin yalnız kiçik bir hissəsini edir.
Onun sözlərinə görə, bunun Rusiya və Ukrayna arasında son döyüş olmasını istərdi: “Müharibə dərhal dayandırılmalıdır”.