ABŞ-ın təyyarə daşıyan gəmisi Egey dənizində lövbər salıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən mühüm döyüş qüvvələrindən olan “George HW Bush” nüvə təyyarə daşıyan gəmisi Yunanıstanın Egey dənizindəki Pirey sahillərində Faliriko Ormos sahillərində dayanıb.
ABŞ təyyarə daşıyan gəmisinin 3 ayda ikinci dəfə Yunan sularında lövbər saldığı və diqqət mərkəzinə çevrildiyi bildirilib. Təyyarə daşıyan gəmi 2009-cu ildə inşa edilib. Uzunluğu 333 metr, yerdəyişmə qabiliyyəti 100 min tondur.
85 döyüş təyyarəsi, elektron döyüş təyyarəsi, uçan radar və helikopterə ev sahibliyi etmək gücünə malik olduğu, 3500 nəfərlik heyəti ilə yanaşı üzən ordu mövqeyində olduğu bildirilir.
İki nüvə reaktoru sayəsində normal sürətə malik və yanacaq doldurmadan 20 il fasiləsiz işləyə bilən təyyarədaşıyan gəmi 2017-ci ildə Krit adasındakı Souda Hərbi Bazasında lövbər salmışdı.