Avropa İttifaqına (Aİ) üzv ölkələrin ordusu uzun müddətdir Ukraynadadır. Onlar orada Rusiyaya qarşı döyüşür.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” səhifəsində yazıb.
Diplomat Aİ lideri Cozef Borrelin "Biz hərbi qüvvələrimizin Ukraynadakı münaqişədə iştirakını heç vaxt nəzərdən keçirməmişik”, fikirlərinə böyük şübhə ilə yanaşdığını deyib: "Avropa İttifaqına üzv ölkələrin hərbçiləri çoxdan Ukraynaya göndərilib. Həm təlimatçılar, həm xüsusi xidmətlər, həm də muzdlular şəklində. Üstəlik, onların daşınması 2022-ci ildən çox əvvəl başlayıb”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yazıb.