Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində ölkəsində davam edən müharibə ilə bağlı son gəlişmələr haqda məlumat verib.
Teleqraf.com xəbər verir ki, ən ağır toqquşmaların Donetsk vilayətində davam etdiyini bildirən Zelenski Rusiya ordusunun hücumlarını dəf etmək üçün mübarizəni davam etdirdiklərini deyib.
Ukrayna prezidenti Rusiya qüvvələrinin cəbhə xəttində hücumları artırmağa çalışdıqlarını da bildirib.
“Müdafiədən və qalib gəlməkdən başqa seçimimiz yoxdur”, - Zelenski vurğulayıb.