7 Fevral 2023 12:54
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ərəfəsində Polşaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” diplomatic mənbələrə istinadən bildirib.

Məlumata görə, Bayden fevralın sonunda Polşaya səfər etməyi planlaşdırır. Eyni zamanda, nəşrin mənbələri vurğulayıblar ki, Ağ Evin planları dəyişə də bilər.

Baydenin Polşaya ehtimal edilən səfərindən sonra digər Avropa ölkələrinə də səfər edib-etməyəcəyi hələ məlum deyil.

Eyni zamanda, Polşa Prezidentinin Aparatının beynəlxalq siyasət şöbəsinin rəhbəri Martin Przydacz ABŞ prezidenti Co Baydenin tezliklə Polşaya gələcəyini təsdiqləyib.

Bir neçə gün əvvəl Polşa mediası ABŞ prezidenti Co Baydenin Polşada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə biləcəyi barədə məlumat yayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər