Daha əvvəl müsəlmanların inanclarını təhqir məqsədilə karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalı Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə insanın həyatına son qoyan zəlzələ ilə bağlı xoşagəlməz addım atıb.
Teleqraf.com xəbər verir ki, jurnalın dərc etdiyi karikaturada xaraba binalar çəkilib və üzərində ““Türkiyədə zəlzələ olub. Tank göndərməyə ehtiyac yoxdur” yazılıb. Qalmaqallı çəkiliş sosial mediada reaksiya doğurub.
Jurnalın çəkdiyi rəsm təkcə Türkiyədən deyil, dünyanın hər yerindən reaksiyalara səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri jurnala “iyrəncsən”, “özündən utanmalısan” deyərkən, bəziləri isə “insanlıq öldü” şərhini yazıb.
Jurnal həmçinin 2016-cı ildə İtaliyada baş vermiş zəlzələ ilə bağlı qalmaqallı rəsm çəkib və zəlzələ qurbanlarını İtalyan makaronları ilə müqayisə edib.