7 Fevral 2023 23:28
4 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırov Ukraynada müharibənin nə vaxt bitəcəyi ilə bağlı proqnozunu səsləndirib.

Teleqraf.com xəbər verir ki, çeçenlərin başçısı müharibənin bu ilin sonuna kimi başa çatacağın, sonda Qərbin Rusiya qarşısında diz çökəcəyini iddia edib.

“Qərb diz çökəcək və həmişə olduğu kimi, Avropa dövlətləri Rusiya Federasiyası ilə bütün sahələrdə qarşılıqlı fəaliyyət göstərməli olacaqlar. Başqa heç nə olmamalıdır və olmayacaq da”, - Kadırov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri öz siyasətlərinin yanlışlığını etiraf etməyə başlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər