8 Fevral 2023 08:18
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin 82 nəfərdən ibarət xilasetmə qrupu çərşənbə günü yerli vaxtla səhər saat 4:30-da "Air China" aviaşirkətinə məxsus təyyarə ilə 8000 km-dən çox yol qət edərək Adana hava limanına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər