ABŞ Prezidenti Co Baydeni Konqresdəki çıxışı zamanı fitə basıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə nüfuzlu Fox News məlumat yayıb.
Bildirilir ki, bir çox respublikaçı qanunvericilər prezidenti respublikaçıların rifah proqramlarını və yaşlılar üçün "Medicare"ni kəsmək istəyi ilə bağlı dediklərinə görə yalan danışmaqda ittiham ediblər.
Bayden Respublikaçılar Partiyasını iqtisadiyyatı “girov” almaq istəməkdə də ittiham edib.
Onun açıqlamaları gurultulu alqışlarla qarşılanıb, deputatlar əllərini yelləyib, başlarını bulayıblar.
Xüsusilə, Corciya ştatının nümayəndəsi Marjorie Taylor Green Baydenin çıxışı zamanı uyğunsuz əl hərəkəti edib.