Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putini Fransanın ən yüksək mükafatı - Fəxri Legionun Böyük Xaçı medalından məhrum etmək istəyir.
Teleqraf.com xəbər verir ki, buna səbəb Ukrayna lideri Vladimir Zelenskinin eyni mükafatı almasıdır.
Makronun sözlərinə görə, bu, Fransanın genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın şücaətini böyük ölçüdə qəbul etdiyini göstərməkdir.
Qeyd olunur ki, Ukraynada hərbi əməliyyatların başlaması ilə əlaqədar bəzi fransalı deputatlar və fəallar Fransa prezidentini Putinin mükafatını ləğv etməyə çağırıblar. Putin bu mükafatı sabiq prezident Jak Şirakdan alıb.
Makron deyib ki, belə bir qərar ciddi əhəmiyyət kəsb edir və lazımi anda qəbul edilməlidir.