İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat göndərsə İsrail buna çox sərt cavab verəcək.
Teleqraf.com “İranİnternational”a istinadən xəbər verir ki, bu barədə İsrailin hərbi mənbələri bildirib.
Qeyd olunub ki, əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa hərbi yük göndərərsə, İsrail tərəddüt etmədən həmin karvana hücum edəcək.
Bildirilib ki, İranın Bəşşar Əsəd rejimi və Livandakı “Hizbullah”a vəziyyətdən istifadə edərək hərbi texnika və silah-sursat göndərməyi planlaşdırdığına dair məlumatlar var.
İsrail mənbələrinin informasiyasına görə, İran Suriyaya humanitar yardım adı altında artıq bir neçə yük təyyarəsi göndərib.