11 Fevral 2023 18:00
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda ən şiddətli döyüşlər Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında gedir. Ukraynanın müdafiəçilər daim rus işğalçılarının hücumlarını dəf edirlər. Mövqelərimizə növbəti hücum cəhdi Putinin hərbçiləri üçün uğursuzluqla nəticələnib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Məlumata görə, hər birində 10-a qədər hərbçi olmaqla rus ordusunun 4 piyada dəstəsi Ukrayna qoşunlarının Baxmut yaxınlığındakı mövqelərinə soxulmaq üçün gizlicə yaxınlaşmağa cəhd edib.

Ukrayna kəşfiyyatçıları bu cəhdi vaxtında aşkarlaya biliblər, minaatanlarla rusların iki dəstəsi məhv edilib.

“İşğalçılar geri çəkiliblər, evlər arasında gizlənməyə və hücum üçün yenidən qruplaşmağa çalşırdılar. Amma müdafiəçilərimiz bu planlarının baş tutmasına imkan vermədi. Artilleriya düşmənin qalan qüvvələrini məhv etdi”, - məlumatda bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər