Göstərilən yardımlar çox böyükdür və onlar bölgəyə gətiriləndə logistik dəstəyə ehtiyac vardı. 19 logistik baza yaratdıq. Bölgədəki bütün hərbi kazarmalarımızı vətəndaşlarımızın üzünə açdıq. Körpələr və uşaqlara qayğı göstərmək üçün işlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə nazir Hulusi Akar deyib.
"Vətəndaşlarımızın istifadəsinə xüsusi təhsil mərkəzləri də açıldı. Antakyada 26 səhra mətbəxi quraşdırılıb. Hatayda 5 mindən çox mehmetcik xidmət edir. Onlar həm xilasetmə işlərində iştirak edir, həm də ictimai asayişi qoruyur.
Türkiyə Silahlı Qüvvələri bu ağır günlərdə millətimizin əmrində, xidmət başındadır. Hələ də əsgərlər hanı deyənlər, onları görə bilməyənlər var, bu fitnədir!", - o bildirib.