Yunanıstanın xarici işlər naziri Nikos Dendias episentri Türkiyənin Kahramanmaraş vilayətində olan zəlzələlərdən sonra genişmiqyaslı dağıntıların baş verdiyi Adana şəhərinə gəlib.
Teleqraf.com xəbər verir ki, göyərtəsində Yunanıstan xarici işlər naziri olduğu təyyarə Şakirpaşa hava limanına eniş edib, qonağı türkiyəli həmkarı Mövlud Çavuşoğlu qarşılayıb.
Nazirlər hava limanında mətbuata qapalı görüş keçiriblər.