İsrail ordusu Qəzzaya hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adrae döyüş təyyarələrinin bu gecə Qəzzanın ortasında HƏMAS-ın raket istehsalı xammalının yerləşdiyi nöqtəni hədəf aldığını bildirib.
Adrae qeyd edib ki, hücum 11 fevral şənbə günü Qəzzadan İsrailə atılan raket səbəbindən baş verib.
O, hava hücumunun HƏMAS-ın güc və silahlanma səylərinə maneə törətmək məqsədi daşıdığını deyib.
Şəhərin Səhiyyə Nazirliyi hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.