13 Fevral 2023 12:37
2 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus əsgərləri hücuma keçməmək üçün komandirlərini öldürürlər. Bir neçə komandir bunun qurbanı olub.

Teleqraf.com xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinə yaxın “Grey Zone Telegram” kanalı bu barədə bildirib.

Qeyd olunur ki, bu yolla bir neçə orta səviyyəli komandir döyüşlərdən qayıtmayıb:

"Mən sizə zarafatsız və mübaliğəsiz deyirəm, Ukraynadakı döyüş bölgəsində bir neçə orta səviyyəli komandir qəza və ya düşmən hərəkəti adı altında məhv edilib. Bu döyüşçülər irəli getməmək üçün bu addımı atdılar".

İddia edilib ki, rus ordusunun bəzi personalları Ukrayna mövqelərinə hücumlar etməmək üçün öz komandirlərini öldürürlər.


Müəllif: Nemət

Oxşar xəbərlər