13 Fevral 2023 12:57
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya tərəfi Böyük Britaniya kralı III Çarlzın may ayında keçiriləcək tacqoyma mərasiminə nümayişkaranə şəkildə dəvət edilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin deyib.

Onun sözlərinə görə, tacqoyma mərasimi mərhum Kraliça II Elizabetdən fərqli olaraq, daha təvazökar şəkildə keçiriləcək.

“Az adam dəvət olunub, amma düşünürəm ki, II Elizabetin dəfni ilə bağlı mərasim zamanı baş verdiyi kimi, biz nümayişkaranə şəkildə dəvət edilməyəcəyik. Britaniya hakimiyyəti aşkar formada bizi və Belarusu dəvət etmədi”, - Kelin bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər