ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Kahramanmaraşda baş verən şiddətli zəlzələlərin təkcə Türkiyə və Suriya deyil, dünyaya təsir etdiyini deyib.
Teleqraf.com xəbər verir ki, Prays zəlzələ görüntülərinin çox təsiredici olduğunu və insanlara kömək etmək üçün gecə-gündüz çalışdıqlarını bildirib.
“İnsan tələfatına və dağıntılara baxsaq, bu zəlzələ təkcə Türkiyə və Suriyaya deyil, dünyaya təsir edib”, - ABŞ rəsmisi bildirib.
Prays ABŞ-ın Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səylərini dəstəkləmək üçün əlavə avadanlıq və resursları səfərbər etdiyini açıqlayıb: “Fövqəladə çətin şəraitdə gecə-gündüz işləyən humanitar cavab qruplarının və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndiririk”.