14 Fevral 2023 10:20
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə Rusiya arasında müharibənin kritik məqamı 2023-cü ilin yazında olacaq. Rus işğalçılarının yeni hücum planı işə düşəcək və Ukrayna bu addıma cavab verərək əks-hücuma keçəcək.

Teleqraf.com xəbər verir ki, Co Bayden administrasiyasının rəsmiləri belə hesab edir.

Amerika rəsmiləri Ukrayna hakimiyyət orqanlarına bildirirlər ki, müharibədə həlledici məqam gəlir. Və Ukrayna ordusu Qərb dövlətlərindən çoxlu yardım alaraq döyüşlər zamanı mümkün qədər çox uğur qazanmalıdır", - "The Washington Post" nəşri yazır.

Nəşrin məlumatına görə, ABŞ hökuməti Ukraynaya daha 10 milyard dollarlıq birbaşa büdcə yardımı ötürmək üçün Konqreslə də işləyir. Gələn həftə Kiyevə növbəti yardımın açıqlanacağı gözlənilir.


Müəllif: Nemət

Oxşar xəbərlər