Kolumbiyada yüngül sərnişin təyyarəsi qəzaya uğrayıb. Musavat.com xəbər verir ki, məlumatı El Tempo nəşri yayıb. Qəza nəticəsində 7 nəfər ölüb.
Regional hava yolları şirkətinə məxsus Cessna təyyarəsi Buxaramanqa-Malaqa reysini həyata keçirərkən yoxa çıxıb.
Pilot və altı sərnişinin cəsədi təyyarənin düşdüyü yerdən tapılıb.
Qəzadan əvvə təyyarənin pilotu mühərrikdəki yağ təzyiqi problemi barədə məlumat verib.