“Roma Papası Frensisk Rusiya ilə Qərb arasında Ukraynada yaranmış münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün Moskvada Prezident Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Papa ilə danışan məşhur rusiyalı din adamı Leonid Sevastyanov məlumat verib.
“Papanın Rusiya-Qərb qarşıdurmasının sülh yolu ilə həllini təklif etmək planı var. Bu məqsədlə Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq, Moskvaya gəlmək istəyini təsdiqləyib”, - Sevastyanov bildirib.
Bundan əvvəl Putinin dostu, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni demişdi ki, münaqişənin effektli həlli yollarını yalnız Roma papası təklif edə bilər. Berluskoninin iddiasına görə, yaranmış durumdan başqa heç kim çıxış yolu tapa bilməz.