“Rusiya Ukraynaya qarşı müharibəsinin birinci ilində dünyadan təcrid edilib”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi general Mark Milli deyib.
“Təxminən on gündən sonra Rusiyanın genişmiqyaslı müharibəyə başlamasının bir ili tamam olacaq. Putin Ukraynanın asan ələ keçiriləcəyinə və buna görə cəzasız (Rusiyanın) qalacağına inanırdı. Putin səhv etdi. Ukrayna azad və müstəqil olaraq qalır. NATO və birliyimiz heç vaxt indiki qədər güclü olmayıb. Rusiya dünyadan kənarda qalıb. Ukrayna öz cəsarəti və möhkəmliyi ilə bütün dünyanı ruhlandırıb”, - Milli bildirib.
General vurğulayıb ki, Rusiya artıq strateji, əməliyyat və taktiki cəhətdən məğlub olub.