16 Fevral 2023 10:40
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Ukraynanı Krımı azad etməyə sövq etmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

“Blinken ekspertlərlə görüşü zamanı deyib ki, Ukraynanın Krımı geri qaytarmaq cəhdi Vladimir Putin üçün “qırmızı xətt”dir və bu, Rusiyanın daha sərt təpkisinə səbəb ola bilər. Amerika diplomatiyasının rəhbərinin Kiyevi qıcıqlandıracaq açıqlaması bu qapalı söhbətin iştirakçılarından birinin ABŞ-ın Ukraynaya Moskvanın işğal etdiyi əraziləri geri almağa kömək etməyə hazır olub-olmadığını soruşduqdan sonra gəlib. Blinkenlə görüşdə iştirak edən dörd nəfərin sözlərinə görə, o, ABŞ-ın Ukraynanı aktiv şəkildə Krımı yenidən azad etməyə məcbur etmədiyini, bunun Kiyevin qərarı olduğunu vurğulayıb”, - nəşr yazır.

Mənbənin iddiasına görə, Blinken ABŞ-ın Krımı azad etmək cəhdini hazırda ağıllı addım hesab etmədiyinə işarə edib: “Ümumi mesaj ondan ibarət oldu ki, hadisələrin necə nəticələnəcəyi ilə bağlı ciddi qeyri-müəyyənlik var”.

Qəzet qeyd edir ki, dövlət katibi ilə söhbət mətbuatdankənar rejimdə təşkil olunub, amma həmsöhbətləri anonimlik şərti ilə bunun məzmunundan danışıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər