ABŞ-ın Missisipi ştatında baş verən atışma nəticəsində azı 6 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü NBC telekanalının yerli bölməsi məlumat yayıb.
Telekanalın sözlərindən sitat gətirdiyi yerli şerifin sözlərinə görə, bütün hadisələr Teyt qraflığının rayonlarından birində baş verib. Şübhəli şəxs orada tapılaraq həbs edilib.
Hücum edənin şəxsiyyəti və motivləri hələ müəyyən edilməyib.