Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldızın güclü zəlzələdən əziyyət çəkənlərlə bağlı sosial mediada paylaşımı maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Ayşəgül Yıldız qızı Elif Eda ilə birgə Miraç kandili münasibəti ilə Bursadakı türbələri ziyarət etdiyini və zəlzələ nəticəsində həyatını itirən və yaralanan şəxslər üçün dualar etdiklərini bildirib.
"Uşaqların duaları tez qəbul olur, qızıma dedim gedək çoxlu dualar edək. Bu mübarək gündə bütün şəhidlərimizə, zəlzələ bölgəsində həlak olan bacı-qardaşlarımızın ruhuna dua etdik", - deyə qeyd edib.
Onun bu paylaşımı izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.