20 Fevral 2023 12:26
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasında bir ilə yaxındır davam edən müharibənin səbəb olduğu taxıl böhranı ilə bağlı Putin və Ərdoğanın yaxın vaxtlarda görüşə biləcəyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Rusiyanın RİA Novosti agentliyi diplomatik mənbəyə istinadən yaxın zamanda görüşün ola biləcəyini, lakin tarixin hələ müəyyən edilmədiyi bildirilib.

Qeyd edək ki, Ukrayna taxıl dəhlizi sazişinin uzadılması ilə bağlı danışıqların bir həftə ərzində başlayacağını bildirib.

Müqavilənin mart ayında uzadılması nəzərdə tutulur, lakin Rusiya müqavilənin bəzi elementlərindən bir müddət razı qalmadığına işarə edərək, kənd təsərrüfatı məhsullarına təsir edən sanksiyaların qaldırılmasını tələb edir.


Müəllif: Nemət

Oxşar xəbərlər