"Biz zəlzələdən zərər görmüş bütün şəhərlərimizi yenidən quracağıq".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz heç bir vətəndaşımızı tək qoymayacağıq. Torpağın quruluşuna baxaraq yeni evlər tikəcəyik. Biz bütün şəhərlərimizi yaşayış yerləri, iş yerləri, sənayesi, kənd təsərrüfatı, tarixi və mədəni dəyərləri ilə bərpa edəcəyik".