21 Fevral 2023 09:45
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan zəlzələ ilə bağlı dəstəyin davam edəcəyini bildirib. Eləcə də BMT Türkiyə və Suriyaya əlavə yardım göstərməyə hazır olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Hatayda baş verən növbəti zəlzələyə görə dərin narahatlıq keçirdiklərini, ABŞ-ın hərtəfəli dəstəyini davam etdirəcəyini bildirib.

“Biz Türkiyə və Suriyanın onsuz da dağılmış bölgələrinə təsir edən zəlzələ xəbərindən dərin narahatıq”, - deyə Sallivan Tvitter-də qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş yeni zəlzələlər yaşayan Türkiyə və Suriya xalqının yanında olduğunu bildirib və BMT-nin əlavə yardım göstərməyə hazır olduğunu açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər