21 Fevral 2023 14:10
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda fəaliyyət göstərən dərnəklərdən biri məşhur yazıçı Salman Rüşdiyə bıçaqla hücum edən Hadi Matara 1 hektar ərazi hədiyyə edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Şeytan ayələri” kitabına görə illərdir ölüm təhdidləri alan məşhur hind əsilli ingilis yazıçı Selman Rüşdiyə hücum edən şəxs İranda mükafat alıb.

Avqust ayında Nyu-Yorkda qatıldığı tədbirdə bıçaqla hücuma məruz qalan 75 yaşlı Rüşdi bir gözünü itirib və əllərinin birini işlədə bilmir.

Livan əsilli 24 yaşlı hücumçu Hadi Matar verdiyi açıqlamada Rüşdinin “islama hücum etdiyini” bəyan edib. İttihamları rədd edən Matar İran inqilabının lideri Ayətullah Xomeyninin Rüşdiyə qarşı verdiyi ölüm fitvasının ona təsir etdiyini də bildirib.

İmam Xomeyninin Fətvalarını Tətbiq Dərnəyi Rüşdiyə qarşı hücumu yüksək qiymətləndirərək, cinayətkar Matara 1 hektar torpaq verəcəyini açıqlayıb.

Dərnəyin prezidenti Məhəmməd İsmayıl Zarey deyib: “Biz Rüşdinin gözünü kor edərək, əllərini işlətməməyə məcbur qoymaqla müsəlmanları sevindirən gənc amerikalının cəsur hərəkətinə görə təşəkkür edirik”.

Rüşdinin indi “ölü” olduğunu iddia edən Zarey, 1 hektar kənd təsərrüfatı sahəsini Matara hədiyyə etməkdən məmnun olacaqlarını qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər