Hazırda Qara dənizdə vəziyyət sabit olaraq qalır. Döyüş növbətçiliyində heç bir raket buraxılış qurğuları yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Cənub Komndanlığının mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib.
Eyni zamanda, Qumenyuk vurğulayıb ki, rus qoşunlarının döyüş kursuna daxil olması və raketlərin buraxılması üçün iki-üç saat kifayətdir:
“Bu, hər an baş verə bilər. Onlar artıq öz bazalarındadırlar və təchiz olunurlar, ona görə də onlar istənilən an döyüş növbətçiliyinə gedə bilərlər. Hazırda fırtınalı hava müşahidə olunur və bu, gəmi qrupunun açıq dənizdə qalmasına kömək etmir. Amma yenə də hava şəraiti onların orada görünməməsi üçün kritik deyil, ona görə də bu təhlükəni nəzərə almalı və onlardan çox tez istifadə oluna biləcəyini başa düşməlisiniz”.