22 Fevral 2023 13:08
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Strateji Silahların Azaldılması Müqaviləsinin (START) həyata keçirilməsinə sadiq qalacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, bu, indiki mərhələdə proqnozlaşdırıla bilən durumun təmin edilməsi və strateji sabitliyin qorunması baxımından kifayətdir.

Diplomat qeyd edib ki, Rusiya ABŞ-ın davranışlarında vəziyyətin ən azı müəyyən mənada dəyişdiyini göstərən heç bir əlamət görmür.

“Hərbi planlaşdırma, Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün üzləşdiyi vəziyyətin təhlili baxımından ABŞ-la yanaşı, Britaniya və Fransanın potensialını nəzərdən qaçırmaq mümkün deyil, yumruq Rusiyaya qarşı yönəlib”, - Ryabkov vurğulayıb.

Rusiya rəsmisi həmçinin qeyd edib ki, START ətrafında yaranmış vəziyyətlə bağlı ABŞ, Böyük Britaniya və Fransa ilə təmaslar planlaşdırılmır:

“Əgər ABŞ Rusiyanın uduzmasını istəyirsə, o zaman Rusiya özünü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə edəcək. Dünya qlobal toqquşmanın astanasındadır. Ola bilər ki, ABŞ-ın özü START-dan çıxsın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər