Konqo Demokratik Respublikasının paytaxtı Kinşaşanın şimal şərqində meydana gələn bərə qəzasında ən az 30 adam həyatını itirib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumatlarda 105 nəfərin xilas olduğu bildirilib.
Polislər hadisə yerində axtarış işinə davam etdirir. Şahidlər hadisə zamanı bortda 150 nəfərin olduğunu qeyd edirlər.
Samir