23 Fevral 2023 12:45
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dəhşətli insan itkisinə səbəb olan zəlzələ Suriyaya da ciddi təsir edib.

Teleqraf.com xəbər verir ki, zəlzələ xüsusilə Suriyanın şimalında həyatı məhv edib.

Ölkənin şimalında 5 mindən çox insan ölüb, 4 milyona qədər insanın evi çöküb.

Digər tərəfdən, zəlzələnin ardından Suriyadakı maraqlı hadisə dünya mətbuatında gündəmə çevrilib.

Əhməd əl-Maqibi zəlzələdən sonra dağıntılar altında qalıb. Əhmədin ailəsi oğullarının öldüyünü düşünərək onu dəfn etmək qərarı veriblər. Ailə qəbiristanlığa gələndə cansız bədən hərəkət etməyə başlayıb. Ailə üzvləri Əhmədin sağ olduğunu və təcili xəstəxanaya aparılmasına çalışıb. Xəstəxanada müalicə görən Əhmədin vəziyyəti hazırda normaldır.


Müəllif: Nemət

Oxşar xəbərlər