23 Fevral 2023 13:03
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, İran, Suriya və Şimali Koreya dünyanın ən çox sanksiyaya məruz qalan ölkələri sayılır. Ukraynada başladılan müharibədən bəri Rusiyaya 11 mindən çox sanksiya tətbiq olunub.

Teleqraf.com xəbər verir ki, Ukraynada müharibə başlayandan bu yana qərb ölkələri Rusiyaya qarşı iqtisadi zərbə üçün çox sayda sanksiyalar tətbiq ediblər.

Ukraynaya hücumların davamı ilə paralel sanksiyaların həcmi genişlənib - maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət kimi bir çox sahədə Rusiyaya sanksiyalar tətbiq edilib.

Qlobal sanksiya monitorinqi məlumat bazasının məlumatına görə, 22 fevral 2022-ci ildən Rusiyaya qarşı 11 min 327 yeni sanksiya tətbiq edilib. Rusiyaya tətbiq olunan sanksiyaların ümumi sayı 14 min 22-ə çatıb.

Bu rəqəmlə Rusiya İranı 4 268, Suriyanı 2 643 və Şimali Koreyanı 2 133 sanksiya fərqi ilə geridə qoyub və siyahıda birinci yerə çıxıb.

Dünyada ən çox sanksiyaların tətbiq olunduğu ölkələrin sıralamasına Belarus, Venesuela, Myanma da daxildir.


Müəllif: Nemət

Oxşar xəbərlər