Rusiya bu il yeni nüvə silahı istehsal edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Vətənin Müdafiəsi Günü münasibətilə vətəndaşları təbrik edərkən məlumat verib.
Onun sözlərinə görə, Rusiyada yeni ağır raketlər və “Sarmat” sisteminin ilk buraxılış qurğuları döyüş vəzifəsini yerinə yetirir.
Bundan əlavə, Rusiya “Kinjal” hipersəs raket sistemlərinin kütləvi istehsalını davam etdirəcək və “Sirkon” hipersəs raketlərinin orduya kütləvi tədarükünə başlayacaq. Putin qeyd edib ki, yaxın illərdə Rusiya Hərbi Dəniz Qüvvələrinə daha üç nüvə sualtı gəmisi daxil ediləcək.
“Rusiya hərbçiləri həmçinin yeni zərbə sistemləri, kəşfiyyat və rabitə vasitələri, pilotsuz təyyarələr və artilleriya sistemləri alacaqlar”, - Rusiya prezidenti bildirib.