23 Fevral 2023 20:32
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hatay şəhərində daha bir zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu badədə AFAD məlumat yayıb.

"Hatayın Dəfnə rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb", - məlumatda deyilir.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər