24 Fevral 2023 09:45
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya Prezidenti Kim Çen In zəlzələ ilə əlaqədar Suriya prezidenti Bəşər Əsədə növbəti mesaj göndərib.

Teleqraf.com xatırladır ki, fevralın 6-da Türkiyənin 11 vilayəti və Suriyanın şimalında böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra Əsədə başsağlığı mesajı göndərən Kim, son mesajında ​​Suriyanın bir an əvvəl bərpa olunmasını arzulayıb.

Şimali Koreyanın dövlət mediası Kimin mesajında ​​Suriyada zəlzələnin vurduğu zərərin tezliklə aradan qalxmasını arzuladığını bildirib.

Qeyd olunub ki, Şimali Koreya lideri Dəməşq hökumətinin “müstəqil inkişaf və ərazi bütövlüyü üçün göstərdiyi səyləri”ni də yüksək qiymətləndirib.


Müəllif: Nemət

Oxşar xəbərlər