Ağ Ev Rusiyanın genişmiqyaslı işğalının ildönümündə Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan edəcək.
Teleqraf.com xəbər verir ki, paketə HIMARS raketləri, 155 mm-lik artilleriya mərmiləri, bir neçə növ dron, PUA əleyhinə avadanlıq, minatəmizləmə avadanlıqları, təlim və xidmətlər üçün maliyyə daxildir.
Qeyd edək ki, prezident Co Bayden Kiyevdə olarkən Rusiya işğalçılarına qarşı mübarizədə Ukraynaya yeni yardım paketini açıqlamışdı. 500 milyon dollarlıq paketə digər ləvazimatlarla yanaşı, HIMARS sursatları və haubitsaları, tank əleyhinə sistemlər, hava nəzarət sistemləri də daxil idi.