24 Fevral 2023 20:34
4 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın hər yerindən şiddətli zəlzələlərin baş verdiyi Türkiyə və Suriyaya yardımlar gələrkən, Almaniyada bir universitetdən skandal təklif gəlib.

Teleqraf.com xəbər verir ki, Ulm Universitetinin xəstəxanasında “yardım üçün” vaxtı keçmiş məhsulları toplamaq çağırışı edilib.

İstifadə müddəti bitmiş məhsulların Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə göndərilməsi üçün toplanması çağırışı etiraz doğurub. Baden-Vürtemberdəki xəstəxananın adından verilən açıqlamada istifadə müddəti bitmiş və ya atılmalı olan məhsulların zəlzələ bölgələrinə göndərilə biləcəyi bildirilib. Bu, Türkiyə vətəndaşlarının təpkisini çəkərkən, xəstəxana rəhbərliyindən açıqlama verilib. Xəstəxana rəhbərliyi bunun rəsmi olmadığını və sözügedən “yardım kampaniyası”nın xəstəxana tərəfindən təşkil edilmədiyini iddia edib.

“Elan bizim universitet xəstəxanasının rəsmi açıqlaması deyil. Sözügedən mətn elektron poçtdan götürülüb. Anlaşılmazlığa görə çox üzr istəyirik”, - açıqlamada qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər