27 Fevral 2023 10:05
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müharibədə muzdlulara dəstək verdiyinə görə Rusiya Federasiyasından olan 164 fiziki, 85 hüquqi şəxsə və “Vaqner” PMC-də iştirak edənlərə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin fərmanında deyilir.

Prezident Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” qərarını icra edib.

Siyahıya 164 fiziki və 85 hüquqi şəxs daxildir.

Sanksiya siyahısına məşhur Rusiya vətəndaşları da daxil edilib: Dmitri Utkin (onu “Vaqner” şəxsi hərbi kampaniyasının yaradıcısı adlandırırlar), Rusiya prezidenti Vladimir Putinin şəriki Yevgeni Priqojinin iki qızı (“Vaqner” PMC-nin sahibi) – Veronika və Polina.

Sanksiya siyahısında Yekaterina Priqojina da var.


Müəllif: Nemət

Oxşar xəbərlər