27 Fevral 2023 21:21
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya, İsveç və ölkəsi arasında NATO-ya üzvlüklə bağlı danışıqların tarixini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazirin sözlərinə görə, bu dövlətlərin nümayəndələri martın 9-da NATO-nun mənzil-qərargahında görüşəcəklər.

“İki iclas keçirildi, üçüncü görüşü Quran yandırma aksiyasından sonra təxirə saldıq. Üçüncü görüşün Brüsseldə keçirilməsi yaxşı olardı. Görüş martın 9-da keçiriləcək, qoy İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini açıq şəkildə görsünlər”, - deyə Çavuşoğlu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər