28 Fevral 2023 11:02
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası zəlzələdən zərər çəkmiş Türkiyə və suriyalılara başsağlığı ifadə edib, ABŞ-ın Türkiyə və Suriya xalqlarına verdiyi dəstəyi qiymətləndirib və Əsəd rejiminin BMT yardımlarına mane olmasını pisləyən qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, 414 konqresmen qanun layihəsinin lehinə, 2 konqresmen isə əleyhinə çıxıb.

Cənubi Karolina ştatının nümayəndəsi, respublikaçı Co Vilson səsvermə öncəsi çıxışında Türkiyə və Suriyada zəlzələlər nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, evsiz qalmasına diqqət çəkib. Türkiyə və Suriya xalqına başsağlığı verən Vilson NATO üzvü Türkiyəni hər zaman dəstəkləmək lazım olduğunu bəyan edib, Türkiyənin Koreya müharibəsinə verdiyi töhfəni vurğulayıb.

Suriyadakı Əsəd rejiminin BMT-nin zəlzələdən zərər çəkənlərə yardım çatdırmasına mane olduğunu bildirən Vilson BMT Təhlükəsizlik Şurasında sərhəddən yardım keçməsinə Rusiyanın veto qoyduğunu da qeyd edib.

ABŞ prezidenti Co Baydeni Suriyaya humanitar yardım çatdırmaq üçün bütün lazımi diplomatik vasitələrdən istifadə etməyə çağıran Vilson Bayden administrasiyasını Əsəd rejiminə qarşı tətbiq etdiyi sanksiyaları zəiflətdiyi üçün tənqid edib. O, Türkiyəyə hər cür dəstək verilməli olduğunu vurğulayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər